Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları BMT ilə əməkdaşlıqla bağlı tədbirdə iştirak etmişlər

06-03-2018 10313 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları BMT ilə əməkdaşlıqla bağlı tədbirdə iştirak etmişlər

Bakı Biznes Mərkəzində “2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə (UNAPF) sənədi” üzrə yaradılmış İnstitusional potensialın gücləndirilməsi və effektiv ictimai və sosial xidmətlər üzrə Nəticə Qrupunun növbəti iclasları keçirilib.

Aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı həmin iclasda Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Elmin Cəfərov iştirak ediblər.

 İclasda “2017-ci il üzrə birgə iş planlarının həyata keçirilməsində müşahidə olunan irəliləyişlər: əsas naliyyətlər və öyrənilmiş dərslər”, habelə “2018-ci il üzrə Birgə İş Planları üzrə prioritetlərin müzakirəsi və razılaşdırılması” mövzuları üzrə təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.

Nəticə qrupunun həmsədri, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz təqdimatında uşaq hüquqları ilə bağlı pozuntuların müəyyən edilməsi və qarşısının alınması işinin yaxşılaşdırılması məqsədilə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) potensialının UNICEF-in dəstəyi ilə praktiki və nəzəri təlim, alətlər və metodologiya vasitəsilə gücləndirildiyini, MPQ ilə  birlikdə saxlanma yerlərinin və uşaq müəssisələrinin monitorinqinin davam etdirildiyini bildirmişdir. 

Yeri gəlmişkən, Müvəkkilin UNICEF-in ölkə ofisi ilə birgə əməkdaşlığı çərçivəsində monitorinqlər, treninq və seminarlar həyata keçirilmiş, MPQ-in uşaq hüquqları sahəsində strateji planı hazırlanmışdır ki, bu da fəaliyyətin effektivliyinin artırılması baxımından faydalı olmuşdur.

Həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri Müvəkkilin MPQ-nun üzvlərinin və regional mərkəzlərinin əməkdaşları tərəfindən respublikanın regionlarında davam etdirilmiş, məhkəmə, polis, təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarını geniş şəkildə əhatə etməklə uşaq hüquqlarının etibarlı müdafiəsi və təmini işinə öz töhfəsini vermişdir.

Nəticə Qrupunun iclasında 2018-ci il üzrə Birgə İş Planı müzakirə edilmişdir.