Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatı ilə UNİCEF arasında birgə əməkdaşlığa dair növbəti müqavilə imzalanıb

20-04-2018 10343 dəfə oxunub
Ombudsman təsisatı ilə UNİCEF arasında   birgə əməkdaşlığa dair növbəti müqavilə imzalanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

Ombudsman ötən illər ərzində UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edərək qonağa öz təşəkkürünü bildirib. 

Müvəkkil Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlər, əlilliyi olan uşaqlar, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası üzrə müstəqil monitorinq mexanizmi olaraq gördüyü işləri vurğulayıb və əməkdaşlıq imkanlarından danışıb. 

E.Karvardin Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının,  o cümlədən uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm kimi fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib, zəngin təcrübəyə malik bu təsisatla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Görüşdə uşaqlara ünvanlanan zəruri sosial xidmətlər, bu sahədə kadr hazırlanması məsələsi, eləcə də bu qəbildən olan müəssisələrlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

Görüşdə Ombudsman təsisatı ilə UNİCEF arasında 2018-2019-cu illər üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.

Müqavilə üzrə həyata keçiriləcək tədbirlər Uşaq Hüquqları Konvensiyasının müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla, icmalarda hüquqi maarifləndirmə işinin həyata keçirilməsini, bu sahədə çalışacaq təlimçilərin hazırlanmasını, treninq-seminarların, o cümlədən dövlət uşaq müəssisələrində keçiriləcək birgə monitorinqlərə, habelə Milli Preventiv Qrupun başçəkmələrinə dəstək verəcəkdir. 

Müqavilə sosial cəhətdən təcrid olunmuş uşaqların gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının Ombudsmanın Milli Preventiv Qrupunun iştirakı ilə monitorinqinə, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasına, vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların da bu prosesə cəlb edilməsi ilə uşaq hüquqlarının müdafiəsinə, monitorinqinə və fəaliyyətin genişləndirilməsinə yeni imkanlar açır. 

Yekunda qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsinə görə öz minnətdarlığını  bildirib, gələcək səmərəli qarşılıqlı əməkdaşlığa maraqlı olduğunu və Müvəkkilin fəaliyyətinə dəstək verəcəyini  diqqətə çatdırıb.