Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Ombudsman Aparatında oldu

02-02-2018 10288 dəfə oxunub
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Ombudsman Aparatında oldu

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu və Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırovu qəbul etdi.

Görüşün məqsədi cari ildə Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın prioritet istiqamətlərinin müzakirəsi oldu.

Görüşdə qeyd edildi ki, bu il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin  İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına  hesabatını təqdim edəcək. Bu istiqamətdə, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi ilə əlaqədar regionlarda yerli QHT-ləri də cəlb etməklə regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edildi. Bununla bağlı nəzərdə tutulan fəaliyyət istiqamətləri geniş müzakirə olundu. 

Görüşdə həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əks etdirilmiş insan hüquqları ilə bağlı müddəa və tövsiyələrin öyrənilməsi və implementasiyası istiqamətində Müvəkkilin həyata keçirdiyi fəaliyyət və təcrübəni nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisi ilə birgə əhali arasında geniş maarifləndirmə işinin təşkil edilməsi, paytaxt və regionlarda birgə tədbirlərin, treninqlərin keçirilməsi və səlahiyyətli dövlət qurumlarına təklif və tövsiyələrin hazırlanıb təqdim olunması, prioritet istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi, görülən işlər üzrə nəşrlərin hazırlanması, eyni zamanda BMT-nin müvafiq hüquqi ədəbiyyatlarının Azərbaycan dilinə təcrümə edilməsi təklif edildi. 

Görüş səmimi fikir mübadiəsi şəraitində davam etdi.