Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilmişdir

18-12-2017 187 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilmişdir. 

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələrdə məqsəd bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaq hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

Başçəkmələr zamanı hər iki müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya və mətbəxə, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilmişdir. 

Bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin qənaətbəxş olduğu müəyyən edilmişdir.

Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında uşaqlarla, müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.