Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

25-09-2017 170 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Lənkəran Şəhər İcra Hakimiyyətinin O.Mirzəyev adına qarışıq tipli Uşaq evində əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd bu uşaq evində müxtəlif yaş qruplarından olan və bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti ilə bağlı müəssisənin yataq, dərs və asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxana və mətbəxinə, ərzaq anbarına, ümumi əraziyə baxış keçirilmiş, uşaq hüquqlarının təmini baxımından həyata keçirilmiş işlər araşdırılmışdır.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisədə saxlanılan uşaqlarla, habelə müəssisə rəhbərliyi, psixoloq və müəllimlər, tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət və sənədləşmə öyrənilmişdir. 

Müvafiq avadanlıqlarla təchiz edilmiş müəssisənin saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilmişdir. 

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.