Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Elmira Süleymanova UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul etmişdir

14-09-2017 10168 dəfə oxunub
Elmira Süleymanova UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinini qəbul etmişdir.  

Görüşdə UNICEF-lə əməkdaşlıqda görülən işlərin nəticələri, həmçinin əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunmuşdur.

Regionlarda monitorinq və maarifləndirmə işinin önəmini vurğulayan Müvəkkil bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin, keçirilən təlimlərlə yanaşı, regionlarda yerləşən uşaq müəssisələrinə Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən UNICEF-lə birgə baxışların keçirilməsinin məqsədəmüvafiq olacağını qeyd etmişdir. Müvəkkilin sözlərinə görə bu baxışlar vəziyyətin ümumi qiymətləndirilməsinə və mövcud çatışmazlıqların aradan qaldırılmasına yardımçı olacaqdır. 

E.Süleymanova Yuvenal Ədliyyə haqqında qanun layihəsinin qəbul edilməsi işində birgə lobbiçilik fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir. Müvəkkil əlavə etmişdir ki, Milli Məclis tərəfindən yaxın zamanda sözügedən qanunun qəbul olunması gözlənilir.

Digər istiqamət kimi uşaqların erkən inkişafı, xüsusilə körpələrin sağlamlığı, qidalanması, həmçinin uşaqların sağlam ətraf mühitdə yaşaması sahəsində əməkdaşlığın müzakirəsi olmuşdur. Müvəkkil Ombudsman təsisatının bu istiqamətdə fəaliyyəti haqqında qonağa məlumat vermiş, son illər respublikada bununla bağlı sistemli işlərin görüldüyünü qeyd etmiş və sözügedən sahədə əməkdaşlığın da müsbət nəticələr verəcəyinə inamını ifadə etmişdir.   

Qonaq Ombudsman təsisatı ilə sıx əməkdaşlıqdan, görülən işlərin nəticələrindən məmnunluğunu dilə gətirmiş bu istiqamətdə istənilən dəstəyi verməyə hazır olduğunu bildirmişdir.