Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

26-10-2017 10213 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən   başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmə zamanı saxlanılma şəraiti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, habelə Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, bəzi müraciətlər yerində araşdırılaraq təmin edilmişdir.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan şəxs olmamışdır.

Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə saxlanılan şəxslərin hüquqlarının təmini məsələləri və Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində bu müəssisəyə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası istiqamətində həyata keçirilən işlər üzrə müzakirələr aparılmışdır.