Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Sülh aylığı çərçivəsində keçirilmiş tədbirdə iştirak etmişdir

25-08-2017 178 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Sülh aylığı çərçivəsində keçirilmiş tədbirdə iştirak etmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq hər il olduğu kimi, bu il də avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə bu mövzu ilə bağlı konfranslar, dəyirmi masalar keçirir, müsabiqələr və sərgilər təşkil edirlər. 

Bununla əlaqədar Sabunçu rayon Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində qarşıdan gələn 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbir keçirilmişdir.

Sabunçu Rayon İcra Hakimiyyətinin, həmin rayondan seçilmiş millət vəkilinin, Təhsil Nazirliyinin, KİV və ictimaiyyət nümayəndələrinin, məktəbəqədər yaşlı uşaqların, şagird və müəllimlərin qatıldığı bu tədbirdə Ombudsmanın Aparatının əməkdaşı Müqalib Mahmudov iştirak etmişdir.

Ombudsmanın nümayəndəsi tədbirdə çıxış edərək Beynəlxalq Sülh Gününün təsis olunmasının tarixi və onun əhəmiyyəti barədə məlumat vermiş, həmin günün 1981-ci ildə təsis edildiyini, ilk sülh gününün 1981-ci ilin sentyabr ayının 3-cü çərşənbə axşamı qeyd olunduğunu, lakin 2002-ci ildən etibarən BMT tərəfindən Beynəlxalq Sülh Günü üçün 21 sentyabr tarixinin dəqiq tarix kimi müəyyən olunduğunu və bu tarixin həm də ümumdünya atəşkəs günü elan edildiyini diqqətə çatdırmışdır.

Təqdirəlayiq hal kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuş və ötən dövr ərzində bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən bir sıra zəruri tədbirlər təşkil edilmişdir.

Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəltdiyi, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşa sülh mədəniyyətinin aşılanması üçün səylər göstərildiyi vurğulanmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin əsaslı təmir edilməsi və yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin görülməsi, həyətdə uşaqlar üçün idman meydançalarının, müxtəlif attraksionların qoyulması, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələrinin yaradılması yüksək qiymətləndirilmişdir.