Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsman Aparatının bir qrup əməkdaşının Portuqaliyada təcrübə mübadiləsi davam etdirilir

20-10-2017 10154 dəfə oxunub
Azərbaycan Ombudsman Aparatının bir qrup əməkdaşının Portuqaliyada təcrübə mübadiləsi davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın bir qrup əməkdaşının Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Portuqaliyaya səfəri davam edir.

Növbəti görüş Lissabon şəhərinin yaxınlığında yerləşən Sintra bələdiyyəsində olmuş, burada fikir mübadiləsi aparılmışdır. Bələdiyyə sədri ilə görüş zamanı burada bələdiyyə hökuməti və əhali arasında münasibətlər, vətəndaşlara dəstək göstərilməsi, icra modeli, vətəndaşlara dəstək ofisi, sosial proqramlar, müxtəlif əhali qruplarının, o cümlədən ahılların, əlilliyi olan şəxslərin, miqrantların sosial dəstək proqramları, bir çox sahələr üzrə müsbət təcrübələri, o cümlədən Portuqaliya Ombudsmanı ilə əməkdaşlıqları haqqında məlumat verilmişdir.

A.Səfixanlı çıxış edərək, Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən əsas tədbirlər, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın bu sahədə çoxşaxəli fəaliyyəti, o cümlədən insan hüquqlarının təminatı istiqamətində bələdiyyələrlə əməkdaşlığı barədə ətraflı məlumat vermişdir. O, ölkəmizdə vətəndaşların sosial rifahı istiqamətində geniş proqramlar, dünyada Azərbaycan brendi kimi tanınan uğurlu ASAN xidməti, ABAD layihəsi, bu sahədə görülən işlər haqqında danışmış, Ombudsmanın səmərəli təkliflərini diqqətə çatdırmışdır.

Sonra Sintra bələdiyyəsinə Azərbaycan həqiqətləri və mədəniyyəti haqqında məlumatların əks olunduğu disklər və ədəbiyyat, Azərbaycan Ombudsmanının illik məruzələri, təsisatda hazırlanmış hüquqi nəşrlər, xatirə suvenirləri hədiyyə edilmişdir.