Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi beynəlxalq treninqdə ekspert qismində iştirak etmişdir

04-07-2017 10114 dəfə oxunub
Ombudsmanın nümayəndəsi beynəlxalq treninqdə ekspert qismində iştirak etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə diqqət yetirir.

Bu baxımdan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə təşkil etdiyi, ölkəmizdən olan gənc multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili və demokratik vətəndaşlıq mövzusunda təşkil edilmiş uzunmüddətli təlim kursu da insan hüquqlarının təbliğinə töhfə verən mühüm tədbirlərdəndir. 

Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadənin də ekspert qismində qatıldığı, Avropa Şurasının Gənclər Departamentinin dəstəklədiyi, insan hüquqlarının təbliği məqsədini daşıyan KOMPAS təlim kursu yerli, regional və milli səviyyədə tədris layihə və tədbirlərinin icrası üçün gənclər və onlarla işləyən vətəndaş cəmiyyəti təsisatları vasitəsilə insan hüquqları təhsilinin və bu sahədə çalışanların, qeyri-hökumət təşkilatları üzvlərinin, gənc liderlərin və təlimçilərin bacarıqlarının artırılması məqsədini daşıyır. 

R.Rumzadə təqdimatında insan hüquqlarının milli və beynəlxalq müdafiə mexanizmləri, bu sahədə beynəlxalq qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları, ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquqlarının effektiv müdafiəsi baxımından Ombudsmanın fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşmüş, mövcud təcrübədə və qarşıda duran işlər barədə iştirakçılara ətraflı məlumat vermiş və fikirlərini bölüşmüşdür.

Treninqdə əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və bu sahədə gənc təlimçilərin layihə ideyaları üzrə interaktiv müzakirələr aparılmış, Ombudsmanın nümayəndəsi tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Təlim saatı canlı diskussiya və fikir mübadiləsi və şəraitində başa çatmışdır.