Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

20-06-2017 167 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Başçəkmə zamanı saxlanılma şəraiti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, bəzi müraciətlər yerində araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilmişdir.

Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilmiş əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilmiş tövsiyələrin icrası, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun şəkildə həbs olunmuş şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müvafiq tədbirlərin görüldüyü müşahidə edilmişdir.