Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların XIV Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub

17-06-2017 134 dəfə oxunub
Ombudsmanların XIV Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub

İyunun 17-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Beynəlxalq Konfransı başa çatıb.

Konfransda Bakı Bəyannaməsi qəbul olunub.

Sənəddə dayanıqlı inkişaf strategiyalarının təbliği və tətbiqinə dəstəyin verilməsi, insan hüquqlarının hər hansı əlamətə görə heç bir ayrı-seçkiliyə yol vermədən hərtərəfli təmin olunması məsələsində fəaliyyətin əlaqələndirilməsi məsələləri öz əksini tapır.

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Ombudsman təsisatının yaradılması ilə Azərbaycan bütün dünyaya insan hüquqlarına nə qədər böyük əhəmiyyət verdiyini göstərdi.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Konstitusiya Qanunu ilə müəyyən edilmiş mandata uyğun olaraq insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsmanın fəaliyyətindən bəhs edib. O, eyni zamanda, ombudsmanın milli insan hüquqları institutu, habelə Milli Preventiv Mexanizm (MPM) vəzifələrini yerinə yetirdiyini bildirib. A.Səfixanlı ombudsmanın MPM qismində müəyyən edilməsindən sonra Milli Preventiv Qrupun (MPQ) yaradıldığını, penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan insanlar üçün internat evlərinə və pansionatlara, psixiatriya xəstəxanalarına müntəzəm olaraq baş çəkildiyini diqqətə çatdırıb.

Sonda Azərbaycanın və Türkiyənin, Azərbaycanın və Rusiyanın Moskva vilayətinin ombudsmanları arasında əməkdaşlıq memorandumları imzalanıb.