Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatında AŞPA-nın həmməruzəçisi ilə görüş keçirilmişdir

14-06-2017 153 dəfə oxunub
Ombudsman təsisatında AŞPA-nın həmməruzəçisi ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında ölkəmizdə səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda qəbul edilmişdir. Görüşdə AŞ Bakı Ofisinin rəhbəri Jöel Mermet də iştirak etmişdir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, onlara Ombudsman təsisatının fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsi, təbliği və təmini istiqamətində həyata keçirilən işlər haqqında məlumat vermiş, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə insan hüquqları istiqamətində qurulmuş səmərəli əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələri diqqətə çatdırmışdır.

Ombudsman Aparatının şöbə müdiri, MPQ-nin rəhbəri Rəşid Rumzadə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrdə həyata keçirilən başçəkmələr, milli və beynəlxalq standartlar əsasında verilmiş tövsiyələr və onların icrası vəziyyəti, qəbul olunan şəxslər və onların müraciətlərinin effektiv təmini istiqamətində görülən işlər, və yaradılmış səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir. 

Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini baxımından verilmiş çoxsaylı təkliflər əsasında şəxslərin öz iradəsi ilə tərk etmədiyi müəssisələrdə həyata keçirilən islahatlar, həm rəftar məsələləri, həm saxlanılma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin effektiv təmini, habelə qanunvericiliyin təkmilləşdirilməsinə verilmiş töhfələr qonağın diqqətinə çatdırılmışdır.

Qonağa Ombudsmanın nəşrləri haqqında əraflı məlumat verilmiş, Müvəkkilin illik məruzələri və MPM qismində fəaliyyətinə dair məruzələri disk şəklində təqdim edilmişdir.

Görüşdə qonağı maraqlandıran digər suallar da ətraflı cavablandırılmış və AŞ ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. 

Sonda qonaq Ombudsman təsisatının fəaliyyətini qiymətləndirmiş və səmimi qəbula görə minnətdarlığını bildirmişdir.