Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilmişdir

06-06-2017 10164 dəfə oxunub
Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilmişdir

05 iyun 2017-ci il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqınlarla İş İdarəsi tərəfindən DMX-nin Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda birgə təlim keçirilmişdir.

Təlimdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin rəhbəri Aleksandr Novikov və bu nümayəndəliyin əməkdaşı İlkin Abdıyev, DMX-nin Qaçqınlarla İş İdarəsinin əməkdaşı Namiq Cəfərov, Yevlax Rayon Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinin rəhbəri İkram Abdullayev və digərləri tərəfindən mövzu ilə bağlı təqdimatla çıxışlar edilmişdir. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, bu istiqamətdə təşkil etdiyi maarifləndirmə tədbirləri, habelə BMT QAK-ın ölkəmizdəki mandatı və fəaliyyəti, DMX tərəfindən qaçqınların, sığınacaq axtaran şəxslərin hüquqlarının həyata keçirilməsi, müraciət etmə qaydaları, müraciətlər zamanı gerçəkləşdirilən proseslər və himayə olunması barədə geniş məlumatlar verilmişdir.

Eyni zamanda istiqamətləndirmə mexanizminin gücləndirilməsi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.