Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Gender problemləri və media” mövzusunda seminarda çıxış etmişdir

04-05-2017 213 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Gender problemləri və media” mövzusunda seminarda çıxış etmişdir

2-3 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və media” mövzusunda iki günlük seminar keçirilmişdir.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin, jurnalistlərin iştirakı ilə keçirilmiş seminar “Avropa İttifaqında gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa İttifaqı ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların KİV-də balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı dörd sessiyadan ibarət olmuşdur.

Keçirilən seminarın təşkil olunmasının əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması olmuşdur.

Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Lamiyə Zeynalova “Müxtəlif yaşlı qadınların və qızların gender problemlərinin xüsusiyyətləri və onların həllində medianın rolu” mövzusunda məruzə ilə çıxış etmiş, jurnalistlərin suallarını ətraflı cavablandırmışdır.

O, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovanın insan hüquqlarının, o cümlədən qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin, eyni zamanda fikir və söz azadlığı, informasiya əldə etmək hüququnun təmini sahəsində çoxşaxəli fəaliyyətini, bu istiqamətdə bir çox tədbirlərin keçirdiyini, aidiyyəti qurumlara çoxsaylı təkliflərin və tövsiyələrin verdiyini vurğulamış, Müvəkkilin ölkə mediası ilə əməkdaşlığı barədə geniş məlumat vermişdir.