Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcəkdir

15-05-2017 10048 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı”  keçiriləcəkdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur.

Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunur.

Bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət etmişdir.

Qeyd olunmalıdır ki, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri  əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir. 

Həmin aylıq çərçivəsində əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda keçirilən konfrans və müxtəlif tədbirlər ölkəmizdə insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinə öz töhfəsini verəcəkdir.

Bununla yanaşı, müvafiq qurumlar tərəfindən keçiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təklifləri Ombudsmana 10 iyun 2017-ci il tarixədək təqdim edilməlidir.

Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaqdır.