Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı təlimdə iştirak etmişdir

28-04-2017 165 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı təlimdə iştirak etmişdir

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Ziba Məmmədova Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM), Avropa Sosial Fond Agentliyinin, Litvanın Dövlət Katibliyinin və Dövlət Qulluğu Departamentinin birgə təşkilatçılığı,  habelə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi üzrə keçirilən ikigünlük təlimdə iştirak etmişdir. 

Təlim zamanı “Vəzifələr üzrə qabiliyyət və bacarıqların müəyyənləşdirilməsi”, “Vəzifə təlimatlarının təhlili və vəzifə profilinin praktik hazırlanması”, “Dövlət qulluqçularının seçimində qabiliyyət modelinin tətbiqi” və digər mövzularda aparılan müzakirələrdə Z.Məmmədova fəal iştirak etmişdir. O, litvalı ekspertlərin beynəlxalq təcrübəyə əsaslanan və Azərbaycan dövlət qulluğu sistemi üçün nəzərdə tutulmuş vəzifələrin qruplaşması üzrə təqdim etdiyi layihəsinə öz təkliflərini bildirmiş, Ombudsman Elmira Süleymanovanın bu sahədə olan təcrübəsindən danışmışdır. 

Müvəkkilin nümayəndəsi qeyd etmişdir ki, Ombudsman Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində artıq ikinci Tvinninq layihəsini həyata keçirməkdədir. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafisi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə etməkdədir.

O, hər komponent üzrə Ombudsman Aparatı əməkdaşlarının xarici ölkələrdə təcrübə mübadiləsi keçdiklərini və bunun mütəmadi olaraq davam edəcəyini vurğulamışdır.

Ombudsman Aparatının əməkdaşı ölkəmizdə dövlət qulluğu idarəetmə mexanizminin Avropa təcrübəsinə uyğunlaşdırılması, vəzifələrin yeni təsnifat sisteminin qurulması, dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi, xidməti fəaliyyətin dəyərləndirilməsi üzrə təkliflər layihəsi çərçivəsində təmsil etdiyi təsisatın və yerli ekspertlərin qarşılıqlı əməkdaşlıq etməyə maraqlı və təkliflərə açıq olduqlarını iştirakçıların diqqətinə çatdırmışdır.