Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirilmişdir

19-04-2017 174 dəfə oxunub
Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilmişdir.

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilmiş, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilmiş, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, sənədləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilmiş, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilmişdir.

Başçəkmənin yekununda MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılmış, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunmuş, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmişdir.