Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Vətən müharibəsi şəhidinin doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edib

30-08-2023 281 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Vətən müharibəsi şəhidinin doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edib

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Lənkəran rayonunun Boladi kəndində Vətən müharibəsi şəhidi mayor Aqşin İbadovun doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edib.

Z.İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından şəhidin ailəsinə başsağlığı verib, Müvəkkil tərəfindən şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının hüquqlarının müdafiəsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.

Şəhidin ailə üzvləri göstərilən diqqətə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıqlarını bildiriblər.