Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

14-04-2017 166 dəfə oxunub
DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

Başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olmuşdur.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildirmişlər. 

Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə bəzi müraciətlər yerində araşdırılmış və sənədləşmənin aparılması vəziyyəti öyrənilmiş, hər birinə hüquqi məsləhətlər verilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunmuşdur. 

Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmişdir.