Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 2023-cü il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

05-03-2024 1844 dəfə oxunub
Ombudsman 2023-cü il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2024-cü il martın 5-də “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2023-cü il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Çıxışdan əvvəl Müvəkkil və Aparatın əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər. Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi də hörmətlə anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.

Daha sonra media nümayəndələrinə müsahibə verən Səbinə Əliyevə illik məruzənin Milli Məclisdə təqdimatı zamanı toxunacağı məsələlər barədə məlumat verib, məruzədə təqdim olunmuş təklif və tövsiyələrin müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin səmərəli təmininə xidmət etdiyini diqqətə çatdırıb.

Milli Məclisdə çıxışı zamanı Ombudsman 2023-cü il ərzində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, həyata keçirilmiş fəaliyyət, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Müvəkkil ötən il üzrə məruzəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.

Qeyd edək ki, Ombudsmanın 2023-cü il üzrə məruzəsi təsisatın rəsmi internet saytında yerləşdirilib və geniş ictimaiyyətə yayımlanması üçün müvafiq mətbuat subyektlərinə təqdim olunub.