Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional mərkəzləri tərəfindən narkomaniyanın fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib

07-03-2024 1643 dəfə oxunub
Ombudsmanın Regional mərkəzləri tərəfindən narkomaniyanın fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb Regional mərkəzləri tərəfindən narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Çıxışlar zamanı Müvəkkilin narkomaniya ilə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti, bu sahəyə dair şikayətlərin araşdırılması barədə məlumat verilib.

Həmçinin narkomaniyanın fəsadlarından və ölkədə bu sahədə aparılan işlərdən bəhs olunub, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası istiqamətində tədbirlərin zəruriliyi diqqətə çatdırılıb.

Sonda mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.