Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “İslam həmrəyliyi və insan hüquqları” mövzusunda tədbir keçirilmişdir

25-01-2017 9460 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən “İslam həmrəyliyi və insan hüquqları” mövzusunda tədbir keçirilmişdir

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə həmin rayon Gənclər Evində təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan şəxslərin, bələdiyyə və QHT üzvlərinin, rayonun fəal gənclərinin işrirakı ilə “İslam həmrəyliyi və insan hüquqları” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ruhid Hacıyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələri arasında mövcud nümunəvi həmrəylik şəraitinin əhəmiyyətini qeyd etmiş, bu rayonda yaşayan fərqli millətlər arasında da bu həmrəyliyin yüksək səviyyədə olduğunu bildirmişdir.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirərək qeyd etmişdir ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. 

Diqqətə çatdırılmışdır ki, tarixən Azərbaycanda mövcud olmuş tolerantlıq mühiti ilə uzlaşan İslam həmrəyliyi təşəbbüsü insan hüquqlarının təmini konteksintə də mühüm əhəmiyyət kəsb edir. İnsan hüquqları və həmrəylik ideyaları bir birini tamamlayan və vəhdətdə olan, fərqli mədəniyyətlərin, fikirlərin daşıyıcıları olan insanların birlikdə xoşbəxt yaşamasına yönəlmiş dəyərlərdir. İnsan hüquqlarına həmrəylik kontekstində yanaşma bütün dünyanı insan hüquqlarının ali dəyərlərinə hörmət istiqamətində bir mövqeydən çıxış etməsinə gətirib çıxarır.

Sonra mövzu ilə bağlı maraqlı müzakirələr davam etmiş, iştirakçılar tədbirin təşkilinə görə Ombudsman Elmira Süleymanovaya minnətdarlıqlarını bildirmişlər.