Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

10 yaşlı Nuray Bayramzadənin məsələsi Ombudsmanın nəzarətindədir

07-01-2017 9455 dəfə oxunub
10 yaşlı Nuray Bayramzadənin məsələsi   Ombudsmanın nəzarətindədir

İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin  pozulması halları müşahidə edilmişdir. 

Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülmüş, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilmişdir. 

Eyni zamanda, uşağın xalası ilə telefonla əlaqə saxlanılmış, Nurayın kadrlar çəkilən gündən xalası ilə qaldığı müəyyənləşdirilmiş, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Nuray və xalası ilə görüşmüşlər və uşaqla bağlı hər hansı bir narahatlıq halları müşahidə edildiyi zaman 24 saat ərzində Ombudsmana və onun uşaq hüquqları üzrə qaynar xəttinə müraciət etməsi bildirilmişdir.

Hazırda N.Bayramzadə ilə bağlı məsələ Ombudsmanın nəzarətindədir.