Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

16-02-2017 9480 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən   Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilmiş, sənədləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunmuş, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilmişdir.

Başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan təqsirləndirilən şəxs Aleksandr Lapşin də fərdi qaydada qəbul edilmişdir. O, saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından, müəssisəyə gətirilən zaman keçirildiyi tam tibbi müayinədən və bu xidmətin, habelə qida təminatının keyfiyyətindən razılıq etmiş, qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu və maneəsiz istifadə etdiyini bildirmişdir. 

A.Lapşin vəkil və tərcüməçisi, habelə vətəndaşı olduğu Rusiya və İsrail dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəsmiləri ilə də sərbəst görüşdüyünü qeyd etmişdir. Onun saxlanılması ilə bağlı sənədləşmə öyrənilmiş, habelə kamerasına baxış keçirilmiş və hüquqlarının təmin olunduğu müəyyən edilmişdir. Ona hüquqları bir daha izah olunmuş, Azərbaycan Ombudsmanının səlahiyyətləri barədə məlumat verilmiş və o, qəbula görə təşəkkürünü bildirmişdir.

Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verdiyi tövsiyələrin icra olunduğu, qidalanma və istilik sistemi ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə edilmişdir.

Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.