Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında UNICEF-in məsələhətçisi ilə görüş keçirilmişdir

15-02-2017 9456 dəfə oxunub
Ombudsman Aparatında UNICEF-in məsələhətçisi ilə   görüş keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında UNICEF-in məsələhətçisi Sara Kameron Makbi ilə görüş keçirilmişdir.

Aparatın şöbə müdiri Faiq Ağayev qonağa Müvəkkilin uşaq hüquqlarının müdafiəsi üzrə fəaliyyəti, o cümlədən uşaqlarla bağlı şikayətlərin araşdırılması, sözügedən sahə üzrə maarifləndirmə, milli qanunvericiliyin təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərin yaşadıqları və saxlanıldıqları müəssisələrə baxışların keçirilməsi və beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilmişdir. 

Ombudsman Aparatı nəzdində uşaq hüquqları ilə məşğul olan xüsusi ixtisaslaşmış müşavirin təyin olunduğu, uşaq hüquqlarının təmininə və təbliğinə böyük diqqət yetirildiyi, sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm tədbirlərin görüldüyü, uşaq “qaynar xətt” xidmətinin fəaliyyəti diqqətə çatdırılmışdır. 

Ombudsmanın təşəbbüsü ilə UNICEF-lə birgə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunduğu və bu istiqamətdə Müvəkkilin lobbiçilik fəaliyyətinin davam etdirildiyi, həmçinin E.Süleymanovanın regionlardakı Uşaq Yaradıcılıq Mərkəzlərinin və əsas fəaliyyət istiqamətinin uşaq hüquqlarının müdafiəsi və təşviqi olması və onların uşaq hüquqları mərkəzlərinə çevrilməsi ilə bağlı təklifləri də qonağın nəzərinə çatdırılmışdır.

Ombudsmanın Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə Müvəkkilin UNICEF-lə uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində, o cümlədən MPM qismində fəaliyyəti, ölkədə hüquqi islahatlara dəstək məqsədilə həyata keçirdiyi işlər, preventiv tədbirləri, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsi məqsədilə müvafiq qurumlara təqdim etdiyi təklif və tövsiyələri haqqında geniş məlumat vermişdir.

Yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyəti, mövcud çətinliklər də görüşdə müzakirə olunmuşdur. 

Qonaq Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyətini müsbət qiymətləndirmiş, səmərəli fikir mübadiləsi üçün minnətdarlığını bildirmişdir.