Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda seminarda iştirak etmişdir

16-03-2017 9443 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda seminarda iştirak etmişdir

Azərbaycan Respublikasının Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda seminar keçirilmişdir. 

Seminara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı İbrahim Abdullayev, digər dövlət qurumlarının nümayəndələri və QHT-lərin təmsilçiləri qatılmışlar.

Tədbirdə dövlət qulluqçuları arasında etik davranış qaydalarının tətbiq olunması, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi qaydaları, habelə dövlət qurumlarının fəaliyyətində şəffaflıq prinsiplərinin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması və digər müvafiq mövzular ətrafında müzakirələr aparılmışdır.

Müzakirələr zamanı İbrahim Abdullayev digər hüquqlarla yanaşı, qadın və uşaq hüquqlarının müdafiəsi və təbliğinin, habelə insan hüquqları baxımından dövlət qurumlarında idarəetmənin təkmilləşdirilməsinin Ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahədə görülmüş işləri, aparılmış silsilə hüquqi maarifləndirmə tədbirlərini, irəli sürülmüş təklifləri iştirakçıların diqqətinə çatdırmış, eyni zamanda uşaq hüquqları üzrə 24 saat ərzində 916 nömrəli qaynar xəttin fəaliyyət göstərdiyini vurğulamış, iştirakçıların suallarını ətraflı cavablandırmışdır.