Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri mövzusunda regional seminar-müşavirədə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri çıxış etmişdir

15-03-2017 9475 dəfə oxunub
Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri mövzusunda regional seminar-müşavirədə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri çıxış etmişdir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Quba şəhərində “Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının tədris müəssisələrinin, rayon polis şöbələrinin əməkdaşları və işəgötürənlər iştirak etmişlər. 

B.Əfəndiyevin çıxışında digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsi və təbliğinin Ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilərək, bu sahədə görülmüş işlər, aparılmış silsilə hüquqi maarifləndirmə tədbirləri, uşaqların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər iştirakçıların diqqətinə çatdırılmışdır.

Habelə Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə hər il “Uşaq hüquqları” aylığının, Bakı və regionlardakı bir sıra məktəblərdə Uşaq hüquqlarının pilləli tədrisinin həyata keçirildiyi, eyni zamanda 24 saat ərzində 916 nömrəli qaynar xəttin fəaliyyət göstərdiyi vurğulanmışdır. 

Sonra Quba Regional Mərkəzinin rəhbəri iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmışdır.