Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

11-03-2017 9416 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən  3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilmiş və dinlənilmişlər. 

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, sənədləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunmuş, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilmişdir.

Bu müəssisədə saxlanılan Mehman Hüseynov da fərdi qaydada qəbul edilmiş, kamerasına keçirilmiş baxış zamanı saxlanılma şəraiti ilə bağlı hüquqlarının təmin olunduğunu bildirmiş, tibbi yardım və qida təminatından, habelə müəssisə əməkdaşlarının onunla rəftarından razılıq etmişdir.

Başçəkmə zamanı qanunvericiliyə uyğun olaraq onun telefon danışığından istifadə hüququ təmin edilmiş və ailəsi ilə də görüşəcəyi məlum olmuşdur. 

Qəbul zamanı ona hüquqları izah olunmuş, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilmiş və o, qəbula görə təşəkkürünü bildirmişdir. 

Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilmiş əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilmiş tövsiyələrin də icra olunduğu, bu istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə edilmişdir.

Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.