Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi İctimai şuranın iclasında iştirak etmişdir

10-03-2017 9528 dəfə oxunub
Ombudsmanın nümayəndəsi İctimai şuranın  iclasında iştirak etmişdir

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilmişdir.

Şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabatının təqdimatına həsr edilmiş həmin iclasda Ombudsman Aparatının əməkdaşı, İctimai şuranın üzvü Müqalib Mahmudov iştirak etmişdir. 

İclasda İctimai şuranın sədri Mayis Əliyev şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabatını təqdim etmiş və şura tərəfindən irəli sürülmüş təkliflərlə bağlı məlumat vermişdir.

Ombudsmanın nümayəndəsi hesabat və təkliflərlə bağlı müzakirələrdə çıxış edərək şuranın ötən il ərzindəki fəaliyyəti dövründə bir sıra ictimai əhəmiyyətli tədbirlər təşkil etməsini, normativ hüquqi aktların layihəsinə dair rəy verməsini, habelə  əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrində strategiyaların inkişaf etdirilməsi, bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı  müvafiq təkliflər irəli sürməsinin müsbət bir hal olduğunu bildirmişdir. 

M.Mahmudov İctimai şuranın 2017-ci il üçün fəaliyyət plana da münasibətini bildirmiş və onun təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşmüşdür.

Geniş müzakirələrdən sonra İctimai şuranın hesabatı qənaətbəxş hesab  edilmiş, həmçinin fəaliyyət planı təsdiq olunmuşdur.