Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri korrupsiya ilə mübarizə məsələlərinə həsr olunmuş seminarda iştirak etmişlər

03-02-2017 9299 dəfə oxunub
Ombudsmanın nümayəndələri korrupsiya ilə mübarizə məsələlərinə həsr olunmuş seminarda iştirak etmişlər

Bu günlərdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinə uyğun olaraq“Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilmişdir. 

Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə keçirilən və müvafiq dövlət orqanlarının aparatlarında qulluq keçən rəhbər vəzifəli dövlət qulluqçularının qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Nəcəf Tağıyev iştirak etmişlər. 

Seminarda Avropa Şurasının ekspertləri John Devitt və Paul Zoubkov “Vəzifələr və terminlər”, “Hüquqpozmalarla bağlı məlumat vermə sahəsində imkanlar və çətinliklər”, “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzularında çıxışlar etmiş və qrup müzakirələri aparmışlar.

Ombudsmanın nümayəndələri seminarın mövzusu üzrə aparılan müzakirələr zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan korrupsiyaya qarşı mübarizəsahəsində həyata keçirdiyi fəaliyyəti barədə məlumat vermişlər. 

Müvəkkil tərəfindən korrupsiya ilə mübarizə üzrə ixtisaslaşdırılmış müşavirin təyin edildiyini, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, habelə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırmışlar.

Ombudsmanın korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış milli, regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi, xarici ölkələrin milli insan hüquqları təsisatlarının müsbət iş təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirdiyi, bu istiqamətdə müvafiq beynəlxalq qurumlarla, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (GRECO) ilə əməkdaşlıq əlaqələrini davam etdirdiyi vurğulanmışdır.