Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Niderland Krallığının Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirilmişdir

15-11-2016 173 dəfə oxunub
Ombudsman Aparatında Niderland Krallığının Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Niderland Krallığının Xarici İşlər Nazirliyi Siyasətin və əməliyyatların qiymətləndirilməsi idarəsinin təhqiqatçıları Bas Limonard və Tim Scheerderi qəbul etmişdir. 

A.Səfixanlı ölkəmzdə insan hüquqları sahəsində həyata keçirilən islahatlar, qəbul edilən plan və proqramlar, həmçinin əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında məlumat vermişdir. O, Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüzü nəticəsində ölkənin 20 faiz torpaqlarının işğal edildiyini, öz yurd-yuvasından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın insan hüquqlarının kütləvi şəkildə pozulduğunu qeyd etmiş və Niderlandın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etdiyini xatırlamışdır. 

Qonaqlara ölkəmizdə BMT-nin Beynəlxalq Əlaqələndirmə Komitəsinin (BƏK) “A” statusuna malik olan, Paris Prinsiplərinə uyğun, müstəqil fəaliyyət göstərən Omubdsman təsisatının mandatı, insan hüquqlarının müdafiəsi, həmçinin Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verilmişdir. O, Avropa İttifaqı tərəfindən həyata keçirilən Tvinninq layihəsində Ombudsman təsisatının fəal iştirakını, hazırda Almaniya və Polşadan olan tərəfdaşlar, həmçinin Yunanıstan, Portuqaliya və digər Avropa İttifaqı ölkələrindən dəvət edilən ekspertlərlə birgə layihənin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, Müvəkkil Elmira Süleymanova insan hüquqlarının təkmilləşməsi üzrə dövlət qurumlarına çoxsaylı təkliflər vermiş və bu təkliflərin böyük bir qismi həyata keçirilmişdir.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırlımışdır. 

A.Səfixanlı Azərbaycan Ombudsman təsisatının Niderlandın Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə etmişdir. 

Qonaqlar bu məsələni diqqətdə saxlayacaqlarını və bununla bağlı müvafiq qurumlara məlumat verəcəklərini qeyd etmiş, səmimi qəbul və məlumat mübadiləsi üçün minnətdarlıqlarını bildirmişlər.