Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Aparaının əməkdaşları tərəfindən 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə başçəkmə həyata keçirilmişdir

15-12-2016 9595 dəfə oxunub
Ombudsmanın Aparaının əməkdaşları tərəfindən  2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baxış keçirmişlər. 

Müəssisədə siyahı üzrə 151 uşağın yaşadığı, onlardan 24 nəfərin yataq xəstəsi olduğu, o cümlədən müəssisənin işçi heyətinin 93 nəfər təşkil etdiyi məlum olmuşdur. 

Xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı həmin müəssisədə əsaslı təmir və yenidənqurma işlərindən sonra uşaqların normal yaşayışı, müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığı, onların dərman preparatları, təmiz geyim və yataq dəstləri ilə təmin edildiyi, müəssisənin müasir avadanlıqlarla təchiz olunduğu, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, konfrans, idman və musiqi zallarının fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

Eyni zamanda, otaqlarda istilik təminatının qənaətbəxş olduğu, habelə sanitar-gigiyenik normala riayət edildiyi müşahidə edilmişdir. 

Baxış zamanı uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlərin formalaşdırılmasına, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin fəaliyyəti, uşaqların əl işləri, eyni zamanda ölkədaxili və beynəlxalq idman yarışlarında əldə etdikləri naliyyətlər, qazandıqları medal, fəxri fərman və diplomlarla tanış olunmuşdur. 

Araşdırma zamanı müəssisədən hər hansı bir şikayətin olduğu müəyyən edilməmiş və heç bir qanunpozuntusu aşkar olunmamışdır.

Müəssisədə uşaqların ailələrə verilməsi - de-istitusionallaşdırma ilə bağlı işlər aparıldığı və artıq bəzi uşaqların doğma ailələrinə qovuşmasına nail olunduğu məlum olmuşdur.

Yekunda müəssisə rəhbərliyinə qanunvericliyin tələbləri, o cümlədən işin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.