Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri Lənkəran penitensiar kompleksində təşkil olunan media-turda iştirak ediblər

18-03-2024 1410 dəfə oxunub
Ombudsmanın nümayəndələri Lənkəran penitensiar kompleksində təşkil olunan media-turda iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında illik məruzələrində və Milli Preventiv Mexanizm fəaliyyəti ilə bağlı illik hesabatlarında penitensiar müəssisələrin müasir standartlara uyğunlaşdırılması məqsədilə yenidən qurulması, saxlanılma şəraitinin və tibbi-sanitariya xidmətinin yaxşılaşdırılması, sıxlıq probleminin aradan qaldırılması, bu müəssisələrdə insan hüquqlarının təmin olunmasına yönəlmiş təklif və tövsiyələrlə çıxış edib.

Təqdirəlayiq haldır ki, bu təklif və tövsiyələr də nəzərə alınmaqla, ölkədə müasir standartlara cavab verən yeni penitensiar müəssisələrin istifadəyə verilməsi davam etdirilir. Belə ki, 2022-ci ildə qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisə, 2023-cü ildə Umbakı penitensiar kompleksi və 2024-cü ildə Lənkəran penitensiar kompleksi istifadəyə verilib.

Cari il martın 18-də Lənkəran şəhərində yeni istifadəyə verilmiş penitensiar kompleksə media-tur təşkil edilib. Ədliyyə Nazirliyi tərəfindən təşkil olunan media-turda Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri də iştirak edib, burada yaradılmış şəraitlə tanış olublar.