Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

MPQ üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr həyata keçirilib

19-03-2024 1360 dəfə oxunub
MPQ üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr həyata keçirilib.

Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

3 saylı Uşaq Evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi də aşkar olunub.

MPQ üzvləri hər iki müssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildirib.

Uşaqlara Ombudsman təsisatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb, hüquqları izah edilib.

Yekunda müəssisələrdə mövcud şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı uşaq evlərinin rəhbərlərinə tövsiyələr verilib.