Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional Mərkəzləri tərəfindən Azərbaycanlıların Soyqırımının 106-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib

31-03-2024 1238 dəfə oxunub
Ombudsmanın Regional Mərkəzləri tərəfindən Azərbaycanlıların Soyqırımının 106-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzləri tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımının 106-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə 1918-ci ilin mart-may aylarında xalqımıza qarşı həyata keçirilmiş soyqırımı hadisələri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Müvəkkil tərəfindən görülən tədbirlər barədə məlumat verilib, hər il ənənəvi olaraq Azərbaycanlıların Soyqırımı Gününə dair beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına bəyanat ünvanlandığı iştirakçıların diqqətinə çatdırıb.