Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirici tədbirlər keçirilib

06-04-2024 1134 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən “Autizmlə Mümkündür!”,Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması” və “Erkən nikah problemi və ona qarşı mübarizə istiqamətləri” mövzularında hüquqi maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, zorakılığa və erkən nikahlara qarşı mübarizə, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində keçirilən başçəkmələr, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, mövzular üzə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.