Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Şimal-Qərb regional mərkəzləri tərəfindən “Uşaq hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə Müvəkkilin uşaq hüquqlarının müdafiəsi, erkən nikahlara qarşı mübarizə, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, mövzular üzə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.