Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfransda iştirak ediblər

18-04-2024 1052 dəfə oxunub
Ombudsmanın nümayəndələri “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfransda iştirak ediblər

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans təşkil olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdirləri Mahir Məmmədov və Müqalib Mahmudov tədbirdə iştirak ediblər.

Tədbirdə “Ətraf mühitin mühafizəsi və insan hüquqları” mövzusunda çıxışı zamanı M.Mahmudov Ombudsmanın ekoloji hüquqların təmin olunması sahəsində fəaliyyəti barədə məlumat verib, Müvəkkil tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına müraciətlərin ünvanlandığını qeyd edib. Həmçinin cari il COP29 çərçivəsində Ombudsman təsisatı tərəfindən hüquqi maarifləndirmə tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

Konfrans zamanı, həmçinin iştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıt şəhərində yerləşən Heydər Əliyev adına parkda ağaclar əkiblər.