Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı təlim təşkil olunub

18-04-2024 1148 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı təlim təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində silsilə maarifləndirici təlimlər davam etdirilir.

Növbəti təlim Ombudsman Aparatında informasiya sahibi olan bir sıra dövlət qurumlarının əməkdaşları üçün “İnformasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində Ombudsmanın fəaliyyəti” mövzusunda təşkil olunub. Tədbirə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri də onlayn olaraq qoşulublar.

Təlimdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququ şöbəsinin əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə informasiya əldə etmək hüququnun təmin olunması üzrə mövcud beynəlxalq və milli qanunvericilik aktları, Ombudsmanın müvafiq sahə üzrə fəaliyyəti, o cümlədən informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyası, daxil olan şikayətlər və onların təmini vəziyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, Müvəkkilin informasiya əldə etmək hüququ sahəsində beynəlxalq layihələrdə iştirakı, Beynəlxalq İnformasiya Komissarlarının Konfransına üzv seçildiyi diqqətə çatdırılıb.

Məruzəçilər, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahə üzrə hazırlanmış maarifləndirici vəsaitlər barədə də məlumat veriblər.

Təlimin yekununda mövzu üzrə müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.