Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib

22-04-2024 1228 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb və Cənub regional mərkəzləri tərəfindən Qubada, Gəncədə, Qazaxda və Lənkəranda “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi”, “Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi”, “Ekoloji hüquqların qorunması və sağlam həyat tərzi” və “Psixi sağlamlıq və insan hüquqları” mövzularında silsilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı Ombudsmanın uşaqların, psixiatrik müəssisələrdə müalicə alan şəxslərin hüquqlarının müdafiəsi, eləcə də ekoloji hüquqların təmini istiqamətlərində fəaliyyəti barədə ətraflı məlumat verilib, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklərdən bəhs edilib.
Tədbirlərdə, həmçinin mövzular üzə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.