Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbiri Bakı şəhəri Qaradağ rayonunda keçirilib

24-04-2024 561 dəfə oxunub
İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbiri Bakı şəhəri Qaradağ rayonunda keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı növbəti maarifləndirici tədbir Bakı şəhəri Qaradağ rayonunda təşkil edilib.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbəsinin, bələdiyyələrin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar çıxışları zamanı Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyası barədə məlumat veriblər. Eyni zamanda, müvafiq sahə üzrə mövcud beynəlxalq və milli qanunvericilik aktlarından bəhs olunub.

Daha sonra mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib, mövzuya dair geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.