Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

TİHEK-in sədri Baş prokuror və Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

30-04-2024 1248 dəfə oxunub
TİHEK-in sədri Baş prokuror və Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizə səfəri davam edir.

Səfər çərçivəsində TİHEK-in sədri Muharrem Kılıç Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə, insan hüquqlarının müdafiəsi sahələrində əməkdaşlığın inkişafından bəhs edilib.

Eyni zamanda, ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işlər, Ombudsman ilə Konstitusiya Məhkəməsi arasında müsbət əməkdaşlıq əlaqələrindən bəhs olunub, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar, insan hüquqları sahəsində əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Həmçinin Azərbaycanın Ombudsman təsisatı ilə TİHEK arasında sıx əməkdaşlığın mövcud olduğu bildirilib, ölkəmizdə səfərdə olan nümayəndə heyəti tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi bir sıra müəssisələrə başçəkmələrin həyata keçirildiyi diqqətə çatdırılıb.