Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri TİHEK nümayəndə heyəti ilə birgə başçəkmə həyata keçirib

01-05-2024 1118 dəfə oxunub
Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri TİHEK nümayəndə heyəti ilə birgə başçəkmə həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə birgə Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində başçəkmə həyata keçirib.

Başçəkmə zamanı əvvəlcə müəssisə rəhbərliyi ilə görüş keçirilib, ölkə təcrübəsi və müəssisə barədə məlumat verilib.

Daha sonra müəssisənin kameralarına, tibb otağına, gəzinti yerinə, mətbəxinə və digər yerlərə baxış keçirilib.

Müəssisədə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, sənədləşmə araşdırılıb.