Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın dəvəti əsasında ölkəmizdə səfərdə olan TİHEK nümayəndə heyətinin görüşləri davam edir

01-05-2024 1423 dəfə oxunub
Ombudsmanın dəvəti əsasında ölkəmizdə səfərdə olan TİHEK nümayəndə heyətinin görüşləri davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovla görüş keçirib.

Görüşdə Azərbaycanda penitensiar sahədə aparılan islahatlar barədə qonaqlara məlumat verilib, məhkumlar və həbs edilmiş şəxslərin hüquqlarının təmini istiqamətində görülən işlərdən danışılıb.

Daha sonra TİHEK-in sədri Muharrem Kılıç Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşüb.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə mövcud əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, həmçinin miqrantların hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub. Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu ilə Azərbaycan Ombudsmanı arasında işgüzar əlaqələrin mövcud olduğu, qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafına müsbət töhfələr verdiyi bildirilib.