Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının Baş naziri Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

01-05-2024 1177 dəfə oxunub
Azərbaycan Respublikasının Baş naziri Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib. 

Görüş zamanı ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə məlumat verilib.

Azərbaycanla Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə edilib. İki ölkənin Ombudsman təsisatları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə edilib.