Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət ediblər.
Ulu Öndərin məzarı önünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad olunub, məzarı önünə güllər qoyulub.