
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Qərb, Şimal-Qərb və Cənub Regional mərkəzləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlardan bəhs olunub.