Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Bakı şəhəri 189-190 saylı tam orta məktəbdə “Mənim hüquq və vəzifələrim” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbir zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları uşaqların zorakılığın və ayrı-seçkiliyin bütün formalarından müdafiəsi barədə məlumat verib, uşaq hüquqlarının müdafiəsində Ombudsmanın fəaliyyətini diqqətə çatdırıblar.
Həmçinin məişət zorakılığı, erkən evlilik, uşaqların internet təhlükəsizliyi, uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb.
İnteraktiv şəkildə davam edən təlimin yekununda iştirakçıların sualları cavablandırılıb.