Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbirləri Xaçmaz və Şabran rayonlarında keçirilib

17-05-2024 1180 dəfə oxunub
İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbirləri Xaçmaz və Şabran rayonlarında keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı növbəti maarifləndirmə tədbirləri respublikamızın Xaçmaz və Şabran rayonlarında təşkil olunub.

Tədbirlərdə həmin rayonların icra hakimiyyətlərinin, bələdiyyələrinin, hüquq-mühafizə orqanlarının, səhiyyə qurumlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşlar çıxışları zamanı iştirakçılara Müvəkkil tərəfindən dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyasının icrası barədə geniş məlumat veriblər. Həmçinin tədbir iştirakçıları informasiya sahiblərinin vəzifələri, sorğuçuların hüquqları, habelə bu sahədə mövcud olan milli və beynəlxalq sənədlər haqqında məlumatlandırılıblar.

Daha sonra mövzu ilə əlaqədar təqdimat və videoçarx nümayiş etdirilib, Ombudsman Aparatının maarifləndirici bukletləri iştirakçılara təqdim olunub və qarşılıqlı müzakirələr aparılıb.